Siyasət
Zelenski Putinə cavab verib – “Xoşun gəlsə də, gəlməsə də, döz mənim gözəlim”
Ukrayna Prezidenti rus dilində cavab verəcəyini deyərək vurğulayıb ki, “aforizmin müəllifi” onu daha yaxşı başa düşsün: “Şübhəsiz, bəzi şeylər var ki, Rusiya Prezidenti ilə mübahisə edə bilməzsən. Ukrayna həqiqətən də gözəldir. “Mənim” isə bir az artıqdır”.
V.Zelenskinin sözlərinə görə, Ukrayna dözümlüdür, çünki bu müdrikliyin göstəricisidir: “Bizim dözümlülüyümüz təxribatlara təsir edir. Biz cavab verməyərək özümüzü hörmətli aparırıq. Bu mənada dözümlülük müdriklikdir”.
Qeyd edək ki, Putinin fikirləri ötən gün Moskvada Makronla danışıqlarda Ukraynanın ünvanına səsləndirilib: “Xoşun gəlsə də, gəlməsə də, döz mənim gözəlim”.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]