Aktual

Postmüharibə dövründə informasiya siyasəti

reallaşdırmaqla cəmiyyətin tərəqqisinə, deməli tam mənada informasiyalı cəmiyyətin formalaşmasına nail olmaqdır. Bu isə artıq Prezidentin medianın qarşısına qoyduğu 3-cü prinsipinin praktik həlli, real nümunəsidir.

Yekun…

Əslində, atılan bu addımlar postmüharibə mediasının qarşısında duran strateji vəzifələrə aydınlıq gətirməklə yanaşı, yeni dövrün əsas mövzularına, jurnalistlərin diqqət yetirməli olduğu başlıca tematik istiqamətlərə işıq salır. Bunlar hansılardır? Bunlar:

– 44 günlük Vətən müharibəsinin geosiyasi əhəmiyyətinin;

– Qarabağın reinteqrasiyasının və azad Qarabağın yalnız siyasi, sosial və ya hərbi deyil, həmçinin iqtisadi əhəmiyyətinin;

– Qədim Azərbaycan torpaqları, o cümlədən də Şərqi Zəngəzur reallığının tarixi aspektlərinin dünyaya çatdırılmasıdır.

Bir də, xüsusi qeyd edilməlidir ki, yalnız güclü dövlətin və güclü xalqın güclü mediası ola bilər. Müasir Azərbaycan isə Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi tarixinin ən uğurlu və ən güclü dövrünü yaşayır. Deməli, Müasir Azərbaycan Mediası da bu güclə ayaqlaşmalı, postmüharibə dövrünün tələbələrinə adekvat addımlar atmalı və informasiya siyasətində üzərinə düşən strateji vəzifələrin (milli məsələlərdə prinsipiallıq, dezinformasiya ilə effektiv mübarizə və vətəndaşların düzgün məlumat əldə etmək hüquqlarının qorunması) praktik həllinə çalışmalıdır.

Rövşən Raqifoğlu

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri, filologiya elmləri doktoru

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button