Aktual

Parlamentdə təklif :-“Məktəblərin qızdırılması üçün əlavə vəsait ayrılsın”

“Azərbaycanın bir sıra bölgələrində soyuqların tez düşməsi məktəblərdə uşaqların xəstələnməsinə və tədrisdən yayınmasına səbəb olub. Bunu nəzərə alaraq qış müvsümünə keçidin vaxtının havanın tempraturuna uyğun tənzimlənməsi və məktəblərin qızdırılması üçün əlavə vəsait ayrılmasını təklif edirəm”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Ombudsman Səbinə Əliyeva deyib.

“Bundan başqa, məktəblərdə əsas tədris vəsaitləri ilə yanaşı, əlavə tədris vəsaitlərinin də büdcə hesabına maliyyələşdirilməsinə ehtiyac var”, – deyə o, qeyd edib/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button