AktualBanner

“İran prezidentinin xanımı Peyğəmbəri, Əhli Beyti və 12 imamı da düşmən hesab edir? “- Tanınmış ilahiyyatçı

İran prezidentinin xanımı türkləri düşmən adlandırıb. Sasani imperiyasının bərpası ideyası artıq təzahür edir. Xanım ərəbləri də düşmən adlandırır. Ancaq öz ərinin və ali dini liderin başındakı qara əmmamə onların seyid olduğu iddiasına görədir və seyidlər də Peyğəmbərin nəslindəndir. Peyğəmbər də ərəbdir.

Demək İran prezidentinin xanımı Peyğəmbəri, Əhli Beyti və 12 imamı da düşmən hesab edir. Əslində demək istəyir ki, ərəblərlə ona görə düşmənik ki, bizi müsəlman ediblər. (İranda Ömər adı qadağandır və xəlifə Öməri, Peyğəmbərin arvadlarını söymək rəsmi ənənədir). Türkləri də ona görə düşmən hesab edir ki, onları milliyyətçi fars şovinizmindən əsrlərlə uzaq saxlayıblar.

Ərəbləri ona görə düşmən hesab edirlər ki, 2-ci xəlifə Ömər bin Xəttab indiki İranı – fəth edib əhalini müsəlman etmişdi. O zaman İraq da Sasanilərin tərkibində idi. Fars şüubiyyəsi Firuz adlı bir agent yetişdirib xəlifəni bıçaqladaraq terror etdilər.

Beləliklə İslam tarixində ilk xəlifə qatili iranlılar, farslar olmuş oldu. Xəlifəni əbədi düşmən elan etmək üçün Sasani nəslindən olan Büveyhilər dövründə rəvayətlər, hədislər qondarıldı ki, guya Peyğəmbərin qızı Həzrət Fatiməni sən demə Ömər qapının arasında sıxıb öldürübmüş. Və Həzrət Əlinin oğlu İmam Hüseynin də arvadı Şəhrəbanu sonuncu Sasani şahı 3-cü Yezdəgerdin qızıymış…

Farslar hər zaman öz ata-baba dinlərinə, atəşpərəstliyə, Sasani ənənələrinə bağlı olublar. Zaman – zaman İran ərazisində müxtəlif müsəlman dövlətləri qurulub, ancaq farslar hər zaman daxildə, batində, ürəklərində İslama nifrət ediblər. Və İslamı, müsəlmanları içindən məhv etməyi məqsəd qoyublar. Beləliklə öncə İslamı təhrif edərək Peyğəmbərin Əhli Beytini qalxan, sipər edərək, istismar ediblər, onların adına minlərlə hədis, rəvayət uydurublar. Məsələn, İmamların adından uydurulan çoxsaylı hədislərdə zəncilər, kürdlər, ərəblər, türklər təhqir olunur, onların cin nəslindən gəldikləri iddia olunur və. s. Şübhəsiz ki, Əhli Beyt İmamları əsla elə sözlər söyləməyiblər.

Qəznəvilər, Səlcuqlular, Səfəvilər, Əfşarlar, Qacarlar türk əsilli idilər və İrana uzun müddət hakim olublar. İndiki rejim isə bunları düşmən adlandırır. Demək onlar Peyğəmbərin məktubunu cıran və Yəmən valisi Bazana onu öldürməyi əmr edən Xosrovun, Yezdəgerdin, İslamdan əvvəlki Sasanilərin həsrətini çəkirlər. Elə isə adlarını niyə İslam qoyublar? Ona görə ki, üzdə müsəlman görünüb müsəlmanların içinə girib daxildən parçalamaq, dağıtmaq istəyirlər. Nəticədə isə Sasani imperiyasının dirçəlməsinə zəmin hazırlamaq amalındadırlar. Hətta uydurulan hədislərdə deyilir ki, 12 – ci İmam İstanbulu da fəth edəcək. Roma papası ilə məxfi danışıqların mahiyyəti, Sistani ilə papanın bir neçə il əvvəlki görüşündə əksini tapan məsələlərdən biri də bu idi. Fransa ilə, Ermənistanla sıx əlaqələrin də burada rolu var. Hindistanla, Çinlə əlaqələrin ideoloji mahiyyəti İslam düşmənçiliyidir. Arzuları budur: İstanbulu və Qüdsü səlibçilərə qaytarmaq və bunun qarşılığında da İraq, Səudiyyə, Yəmən kimi coğrafiyaların Sasani imperiyasının tərkibi olaraq bərpası…
Sasani imperiyasının bərpası ilə səlib yürüşlərinə rəvac vermək.

Misir Fatimilərinin erməni vəziri Bədr əl Camalın Qüdsü səlibçilərə satmasını təkrar edərək İslam aləminə daxildən xəyanət etmək. İranın Qüds davasının əsl mahiyyəti budur. Əks halda sünnilərə nifrət edən İran rejimi sünni Fələstinlilərin qara qaşına aşiq olmayıb. Xeyir ola Suriyada, İraqda, Yəməndə qarşı olduğu məzhəbin mənsublarına zülm edən İran, öz ölkəsində onları edam edən farslar Fələstində onlar üçün dəridən – qabıqdan çıxır?

Türkləri və ərəbləri Sasanilər özlərinə düşmən hesab edirdi. Bu gün İranın apardığı siyasət həmin imperiyanın ideoloji sərhədlərinin bərpası davasıdır. Yəmən, Suriya, İraqda isə demək olar ki, qismən istəyinə nail olub…

Belə bir sözün məhz qadın cinsinin dilindən deyilməsi də təsadüf deyil.

Tural Irfan
Milli Cəbhə Partiyasının sədri müavini -ilahiyyatçı
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3.5]

Back to top button