AzTV-nin departament rəhbəri Niyaməddin Quliyev işdən kənarlaşdırıldı – FOTO
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Maliyyə və Mühasibat Uçotu Departamentinin direktoru Niyaməddin Quliyev vəzifəsindən uzaqlaşdırılıb.7Times.az -ın əldə etdiyi məlumata görə, artıq bir həftədən çoxdur bu barədə qərar verilib.
Həmin məlumata görə, AzTV sədri Rövşən Məmmədovla özünün yaxın adamı olan kadrı arasında ciddi narazılıq olub.
Qeyd edək ki, son 4 ildə artıq 4-cü şəxsdir ki, departament rəhbəri vəzifəsindən kənarlaşdırılır. Digər məlumata görə, Niyaməddin Quliyev hazırda məzuniyyətə göndərilib. Məzuniyyət başa çatdıqdan sonra onun haqqında rəsmi əmr veriləcək. Yəqin elə bu səbəbdəndir ki, AzTV-nin rəsmi saytında hələ də Maliyyə və Mühasibat Uçotu Departamentinin direktoru vəzifəsində onun adı göstərilir.
Analoq.az