BannerSiyasət

Məhəmmədli kənd tam orta məktəbinin direktoru Könül Hüseynova intiharı ört-basdır edir? – ŞOK İDDİA

Məhəmmədli kənd orta məktəbinin direktoru Könül Hüseynova məktəbdə baş verən​ intihar faktını​ ört-basdır etməyə çalışır.Bu barədə KanalS.az-ın redaksiyasına müraciət daxil olub.

Məlumatda bildirilir ki, məktəbdə​ baş​ verən özbaşınalıqların​ həddi-hüdudu​ yoxdur.​ Müəllim dərsi ola-ola işə gəlmədiyindən şagirdlər sinifdə nəzarətsiz qalır. Ötən ilin dekabr ayının 24-ü nəzarətsiz qalan növbəti sinifdə hadisə baş verir.​ Belə ki, məktəbin 9d sinif şagirdi Quliyev Allahverdi özünü məktəb binasının pəncərəsindən​ ataraq intihara cəhd edir.​ Şagirdi ​Sabunçu xəstəxanasına çatdırırlar. Nəticədə şagirdin yuxarı ətraf sınığı (qolu sınıb), kəllə beyin travması alması həkimlər tərəfindən müəyyən olunub.​ Nəzarətsiz qalan şagirdin başına gələn hadisə ilə bağlı aidiyyatı olan polis bölməsinə məlumat​ verilib.

Bundan sonra​ Könül Hüseynovanın Bakı Şəhər Baş Polis İdarəsində çalışan həyat yoldaşı Hüseynov Mirilkin​ Mirqədir oğlu öz vəzifə səlahiyyətlərindən istifadə edərək dərsinə gəlməyən müəlliməni və həyat yoldaşı olan direktoru vəziyyətdən qurtarmaq üçün işi ört-basdır edib. Dərsə gəlməyən müəllimənin dindirilməsi məsuliyyətindən azad olunmasına nail olublar valideyni susdurublar.​ Direktor da öz növbəsində heç bir aidiyyatı orqana məlumat verməyib.

Baş verən hadisənin doğruluğunu Sabunçu xəstəxanasına və Daxili İşlər Nazirliyinə​ sorğu göndərməklə təsdiqləmək mümkündür.

Könül xanım məktəbdə əməlli başlı anarxiya açıb. Məktəbin bütün müəllimləri dərs saatlarını pul ödəmədən ala bilmirlər. Rüşvət yuvasına çevirdiyi məktəbdə Azərbaycan təhsilinə​ ciddi zərər​ vurur.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button