Dünya

Paşinyan tarixə öz xalqına soyqırım törədən rəhbər kimi düşür

Ermənistan uzun illərdir apardığı işğalçılıq, özünütəcrid siyasəti nəticəsində bir dövlət kimi özünü məhvə aparırdı. Dəfələrlə Ermənistana xəbərdarlıq edilmişdi ki, əgər işğalçılıq siyasətindən əl çəkib, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsə, sonunu gətirəcək. İşğal davam etdiyi dövrdə Ermənistan bütün regional layihələrdən kənarda qaldı, yarıblokada vəziyyətində yaşadı. Ermənistan bir dövlət kimi inkişaf edə bilmədi, erməni xalqı dilənçi kökündə yaşamaqda davam etdi.

Ancaq sonadək işğalçılıq siyasətindən əl çəkmədilər. Başıboş, faşist düşüncəli, təfəkkürlü erməni siyasətçilərinin mənasız iddiaları nəticəsində Azərbaycan torpaqları sentyabrın 27-dək işğalda saxlanıldı. Eyni zamanda bu müddətdə Ermənistan özü də inkişafdan qaldı, erməni xalqı deqradasiyaya uğradı. Faktiki olaraq Ermənistanın dövlət siyasəti həm də öz xalqına qarşı düşmənçilik siyasəti oldu və bu siyasəti baş nazir Paşinyan indi daha qəddar, öz xalqına soyqırım səviyyəsində davam etdirir.

Faktiki olaraq Paşinyan ordunu qırğına verir, arxa cəbbhədə qalan ermənilər isə aclıq-səfalət, koronavirusdan qırılır.
Bu eybəcər siyasətini pərdələmək, daxili auditoriyanı aldatmaq üçün isı Ermənistan rəhbərliyi ən müxtəlif hiylələrə əl atır. Paşinyan və onun komandası dünya birliyini inandırmağa çalışır ki, guya Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinə qarı “soyqırım” planlaşdırır və koronavirus pandemiyası dövründə aparılan hərbi əməliyyatlar bu planın “tərkib hissəsidir”. Bu cür uydurmalarla erməni tərəfi Azərbaycana diplomatik təzyiqlərə nail ola biləciyini, erməni xalqını aldada biləcəyini düşünür.

Fakt bundan ibarətdir ki, bu gün erməni xalqı üçün ən böyük təhlükə Azərbaycandan deyil, Ermənistan rəhbərliyindən və Dağlıq Qarabağdakı terrorçu rejimdən gəlir.

Azərbaycanın dinc, mülki Qarabağ ermənilərinə qarşı hansısa bir qanunsuz davranış həyata keçirməsi haqda deyilənlər yalnız uydurmadır. Ermənistandan fərqli olaraq, Azərbaycandakı tolerantlıq və multikulturalizm dünya ölkələr üçün nümunədir. Hətta Roma Papası Fransisk də Azərbaycanı “əsl tolerantlıq nümunəsi” adlandırdıb (sitat: “Dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir”).
Heç bir halda hansısa şəxsə milli, dini, etnik mənsubiyyətinə görə Azərbaycanda ayrıseçkilik edilməyib. Ermənistandan fərqli olaraq, Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır, dövlət bütün dini icmalar üçün bərabər şərait yaradıb. Ölkədə 500-dən artıq müsəlman, 34 qeyri-müsəlman dini icma fəaliyyət göstərir, 11 kilsə, 6 sinaqoq mövcuddur. 2003-cü ildə Bakıda açılmış sinaqoq Avropanın ən böyük sinaqoqlarından hesab edilir. Bakının mərkəzində isə erməni kilsəsi yerləşir. Hətta o da danılmaz faktdır ki, 1988-ci ilə – erməni separatizmi baş qaldırana qədər Azərbaycanda hətta yüksək vəzifələrdə də ermənilər çalışırdı. Bakıda, rayonlarda yüzlərlə müxtəlif sənət növləri ilə məşğul olan ermənilər yaşayırdı.

Ermənistan isə faşist yanaşmalı bir dövlət siyasəti həyata keçirir. İşğalçı ölkə nəzarətdə saxladığı Azərbaycan ərazilərindəki alban və provaslav kiləsləri ermənləşdirir, məcsidləri isə təhqir edərək heyvan tövlələri kimi istifadə edirdi. Elə son hərbi əməliyyatlar zamanı xilas edilən Azərbaycan ərazilərindəki məscidlərdə donuz saxlanılması da video və fotolarla sübut olundu.

O da danılmaz faktdır ki, Ermənistan dünyadakı nadir monoetnik ölkələrdən biridir. 1988-ci ildən etibarən bu ölkədən 200 mindən artıq azərbaycanlı deportasiya edilib, işğal olunmuş ərazilərdən isə 800 minə yaxın azərbaycanlı qovulub.
Antisemitizm isə Ermənistanın dövlət siyasəti kimi həyata keçirilir.
Azərbaycan isə heç vaxt etnik təmizləmə aparmayıb və bu gün də ölkədə 30 mindən artıq erməni yaşayır. Ölkəmizdə onlarla millət yaşayır – dağ yəhudiləri, ruslar, tatlar, talışlar, kürdlər, ingiloylar, saxurlar, avarlar, ləzgilər və s. Bu gün erməni işğalçılarına qarşı döyüşlərdə Azərbaycanda yaşayan bütün millətlərin təmsilçiləri çiyin-çiyinə döyüşür. Hətta döyüşlərin ilk günlərində milliyətcə rus olan Denis Əliyev şəhid oldu…

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olmuş dinc erməni əhalisinin hüquqları tam qorunacaq, onlar da Azərbaycanın digər vətəndaşları ilə eyni hüquqa malik olacaqlar.
Bütün bunların fonunda cəbhədə məğlub olmaqla yanaşı, diplomatik və hüquqi müstəvidədə də uduzan Paşinyan böhtan siyasətini sonuncu aləti kimi istifadə etməyə çalışır. Erməni xalqını hazırda qıran Paşinyandır, bunu ermənilər də başa düşməlidir və heç şübhəsiz ki, düşürlər. “Qarabağda erməni soyqırımı hazırlanır” iddiası ilə səsini başına atan Paşinyan rejimi isə anlamalıdır ki, Qarabağda sülhün bərqərar olması yalnız Ermənistanın özündən asılıdır. Bunun üçün rəsmi İrəvan Bakının əsaslı və ədalətli şərtlərini qəbul etməlidir. Əgər Ermənistan cəbhədəki vəziyyətdən narahatdırsa, onda Azərbaycanın tələbinə uyğun olaraq işğal altındakı ərazilərdən öz qoşununu çıxarmalıdır, ərazilərimizə qarşı iddialarından əl çəkməlidir. Bundan sonra bütün məsələlər həllini tapacaq, ermənilər də ölməyəcək…

Amma Paşinyanın son bəyanatları və “könüllü dəstələrin” yaradılmasına çağırış etməsi bir daha göstərir ki, Ermənistandakı rejim öz xalqına qarşı soyqırım siyasəti yürüdür. Uzun illər azərbaycanlılara qarşı soyqırım həyata keçirənlər bu gün eyni aqibəti öz xalqına da yaşadırlar. Məzərə bundan ibarətdir ki, Paşinyan Azərbaycanın peşəkar ordusuna qarşı döyüşə hazırlıqsız gəncləri göndərir. Bunu qəsdən edir, yoxsa daha döyüşməyə erməni hərbçi qalmadığından buna gedir, dəqiq demək çətindir. Amma istənilən halda erməni baş nazir xalqını qırğına verir. Bu, göstərir ki, Ermənistanda hakimiyyətdə olan rejimi yalnız öz siyasi ambisiyalarını düşünür və bunun üçün erməni gəncliyini məhv etməkdən belə çəkinmir.

Hazırda erməniləri öldürən, əlinə silah verib Azərbaycana qarşı terrorçuluğa məcbur və bu zaman Azərbaycan torpaqlarında ölməyə məhkum edən məhz Paşinyan və Ermənistan dövlətidir.Musavat.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button