AktualBannerŞikayət

Sahibkar ölkə başçısına və birinci xanıma şikayət etdi -“Binəqədi İH məndən 40 min rüşvət istəyib”

Sosial şəbəkələrdə Binəqədi rayon sakini Hacıyev İman Arzuman oğluna məxsus obyektin sökülməsiylə bağlı video yayılıb.

Şikayətçi videoda Binəqədi rayon İcra Hakimiyyətindən müavinin qəbulunda olduğunu , tikinti üçün icazə aldığını qeyd etsə də ona məxsus obyekt icra hakimiyyəti tərəfindən sökülüb.

Videoda diqqət çəkən ən həssas məqam İcra Hakimiyyətinin əməkdaşlarının şikayətçiyə verdiyi cavab olub. İman Hacıyev İcra Hakimiyyətinin əməkdaşlarına bildirib ki , ölkə başçısı cənab Prezident hər zaman sahibkarlara dəstək olduğunu , sahibkarları , vətəndaşları incitməməyi tövsiyyə edir . Buna cavab olaraq İH əməkdaşlarının sözlərinə görə, rayonun “prezidenti” (???!!! ) deyib ki ,sökün.

Daha ətraflı videoda :

Analoq.az olaraq Binəqədi İH-nin başçısı Elxan Allahverdiyevə və əməkdaşlarının diqqətinə Cənab Prezident İlham Əliyevin sahibkarlarla bağlı etdiyi sərt xəbərdarlıq videosunu çatdırırq !

Analoq.az videonu Kanal Turana istinadən yayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button