AktualBannerCəmiyyət

AzTV-də yayımlanan veriliş əslində niyə qıcıq doğurdu? – DEPUTATIN YAZDIĞINA CAVAB

Ötən axşam (22 sentyabr) AzTV-də yayımlanan “Əsas məsələ” verilişində Milli Məclisin deputatı Anar İskəndərov, tarixçi alimlər Nəsiman Yaqublu, Şikar Qasımov və hərbi-siyasi ekspert Telman Qasımov çıxış edərək qədim Azərbaycan ərazisi Zəngəzurun toponimləri, tarixi yer adları ilə bağlı fakt və xəritələr əsasında maraqlı müzakirə ortaya qoyublar. Lakin, görünür, verilişdə deyilənlər və ən əsası, Zəngəzurun qədim tarixi Azərbaycan ərazisi olması ilə bağlı səsləndirilən faktlar kimlərinsə ürəyincə olmayıb. Əcəba niyə?

Belə verilişləri “bayağı” adlandırıb əsassız tənqid etmək, AzTV-nin ünvanına təhqirlər yağdırmaq bir nəfərin, həm də hörmətli millət vəkilinin, konkret olaraq Əziz Ələkbərlinin, görəsən, niyə xoşuna gəlməyib? Araşdırdıq. Məlum oldu ki, Əziz müəllimin verilişə dəvət olunan qonaqlardan biri ilə (Telman Qasımovla) yumşaq desək, münasibəti yoxdur. Odur ki, həmin adamı ekspert kimi qəbul etməyən millət vəkili acığını AzTV-dən və verilişdən çıxmaq qərarına gəlib və “Əsas məsələ”də qaldırılan mövzunu (Zəngəzur), aparılan müzakirələri (Zəngəzurun tarixi Azərbaycan ərazisi olması reallığını) “səviyyəsiz” adlandırıb.

Əks halda:

1. Bir millət vəkili sözünü, tənqidini əsaslı və faktlar əsasında deyər, ümumi sözlərdən yararlanmazdı;

2. Bir millət vəkili sözünü bayağı formada yox, ən azı deputat adına və nüfuzuna uyğun etik normalar çərçivəsində deyərdi, məsləhət verərdi;

3. Bir millət vəkili belə müzakirələrə açıq olar və dəvət olunanda min bir bəhanə ilə verilişlərdən yayınmazdı;

Ən nəhayət, Əziz Ələkbərli, yaxşı olar ki, hər hansı məsələyə şəxsi prizmadan, hikkə ilə və ambisiya dolu yanaşmaqdansa, deputat mandatına uyğun işlər görün, vətəndaşların arzu və istəklərini, problemlərini araşdırıb, həllinə çalışın. Yox, əgər media eksperti və ya alim kimi söz deyirsinizsə, əsaslı fakt və arqumentlərə söykənərək, təhqirsiz, etik normalara uyğun fikir bildirin. AzTV komandası sağlam tənqidə hər zaman açıqdır/aztv

Sözügedən verilişə linkə daxil olaraq baxa bilərsiniz:

https://bit.ly/3UqPORw

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3.5]

Back to top button