Cəmiyyət

Qarabağa mənəvi qayıdış – FOTOLAR

“Bacarıqlı Əllər Dünyası” İctimai birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qarabağa mənəvi qayıdış” layihəsinin yekun tədbiri keçirilib. Layihə çərçivəsində keçirilən tədbir vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Layihə Şəhidlərimizin əziz xatirəsinə həsr edilmişdir. Birinci Qarabağ müharibəsi Şəhidi Əliyev Məşədi Ayaz Arif oğlu, (təlimlərdə qardaşı qazi Məhəmmədin övladı Əsmər iştirak edib ) İkinci Qarabağ müharibəsi şəhidləri Mayor Paşayev Elsevər Vaqif oğlu (təlimlərdə şəhidin övladı Nəzrin iştirak edib), Şıxızadə Tural Ətraf oğlu, Əliyev Fərid Hamlet oğlunun xatirəsi anılır.

Bakı 201 saylı tam ort məktəbdə reallaşan tədbirdə Şəhidlərin ailə üzvləri iştirak edib .
Tədbirdə Şəhid Tural Şıxızadənin anası Könül xanım , Əliyev Fəridin atası Hamlet müəllim , Mayor Paşayev Elsevərin ailə üzvü , Əliyev Məşədi Ayazın yaxın qohumları çıxış etdilər.

Məktəb şagirdləri şəhidlərin xatirəsinə həsr etdiyi kompozisiya ilə çıxış etdilər. Şəhid Tural Şıxızadənin anası Könül xanımın oğluna həsr etdiyi şeiri məktəb şagirdləri mükəmməl təqdim etdilər. Təşkilatın Şəhidlərin ağac üzərində oyma ilə hazırlanmış şəkilləri ailə üzvülərinə təqdim edildi.

Məktəbin müəllimləri tədbirin təşkilində yaxından iştirak etdiklərinə görə təşkilatın rəhbəri Azadə Məmmədova onları təşəkkürnamə ilə təltif etdi.

Layihə müddətində Qarabağa aid milli geyimlər, toxuma və muncuqlar vasitəsilə zərgərlik məmulatlarının hazırlanmış əl işləri məktəbin foyesində nümayiş etdirilib.

Layihənin həyata keçirilməsində Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin rəhbəri Azadə Məmmədova və müəllimlər Zəhra Xələfova, Səbinə Quliyeva və Rahim Rzayev çalışıblar. Dərslərdə Qarabağın sənət dünyasından incilər öyrədilməklə yanaşı tarixi haqqında geniş məlumatlar da verilir. Layihədən 30 uşaq yararlanmışdı ki, onların da əksəriyyəti həsas qrupdan olan uşaqlar , şəhid və qazi ailələrinin uşaqlarıdır. Tədbirin sonunda Tural Şıxızadənin anası Könül xanım oğlunun şəklini təşkilata hədiyyə etdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button