Cəmiyyət

BDU-nun əməkdaşı Yazıçılar Birliyinin üzvü seçildi – FOTOLAR

BDU-nun Filologiya fakultəsinin elmi işçisi İlhamə Hacıyeva (Dağlı) Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi.

İlhamə Dağlı dilçi alim kimi bir sıra elmi məqalələrin, “Bakı şairlərinin dilində dialektizmlər” monoqrafiyasının müəllifidir. Yazıları müxtəlif ədəbi dərgi və qəzetlərdə yayımlanıb.

2022-ci ildə “Bayrağı öpən ruhlar” adlı nəsr kitabı çapdan çıxıb. 2019-cu ildə Nəsimi ili ilə əlaqadar keçirilən Beynəlxaql Elmi Konfransda məruzə ilə çıxış etmiş, Nəsimi mükafatını almışdır.

2021-ci ildə elmi və bədii fəaliyyətinə görə Nizami Gəncəvi mükafatına layiq görülüb. Qazax şairi Abayın həyatından bəhs edən “Tobıktıda günəş doğdu” pyesinin müəllifidir. Bir sıra kitabların elmi redaktorudur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button