Cəmiyyət

Astarada erkən nigahlar və qohum evliliklərin fəsadları müzakirə olunub – FOTO

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirtdiyi “Erkən və qohumlar arasında nikahların qarşısının alınması istiqamətində təşəbbüslər” adlı tədbirlərin təşkili layihəsi çərçivəsində növbəti tədbirini Astara rayonunda həyata keçirib. Təşkilatdan verilən məlumata görə, tədbirdə ictimai birliyin təlimçiləri gənc iştirakçılara mövzu ilə bağlı maraqlı məlumatlar veriblər. Gənclərə erkən evliliyin və qohum nigahların fəsadları izah edilib, probemin sosial-psixoloji və tibbi tərəfləri haqda faktlar səsləndirilib.

Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.İştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button