Şikayət

Xırdalandakı baxça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir – Video

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasına yeni təyin olunan müdirəsi Məhərrəmova Fəranə, “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə dövlət müəssisəsində rəsmən at oynadır. Bu barədə korrupsiya.az saytı məlumat yayıb.

Redaksiyamıza daxil olan vətəndaş şikayətin də bildirilir ki, bağça müdirəsi bağçaya təyin olunduğu gündən, tabeliyində olan 26 tərbiyəçi müəlliməni təhdid edərək, hədə-qorxu gəlir.Səs yazısında bağça müdirəsi çəkinmədən dəbdəbəli həyat tərzini nümayişkərcasına pedaqoji kollektivə nümayiş etdirir, hətta çəkinmədən son model avtomobilinin olduğunu fəxrlə etiraf edir.

Mənbə bildirir ki, müdirə Məhərrəmova Fərənə, “fond pulu” ilə bağlı müəllimlərdən məcburi pul yığını tələb edir. Bu pul yığımında adı isə “fond pulu” hesab edilir.

Düşünürük ki, Elm və Təhsil naziri Emin Əmrullayev bu özbaşınalıqın aradan qaldırılması ilə bağlı tapşırıqlarını verərək, ictimaiyyətə ətraflı məlumat veriləcək.Ətraflı faktlar səs yazısında….

Mövzunu diqqətimizdə saxlayacağıq

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button