Cəmiyyət

“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlərin fəaliyyəti yoxlanılacaq

İyunun 22-dən “Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlər üçün qiymətləndirmə imtahanı təşkil olunacaq.

Analoq.az xəbər verir ki, Qiymətləndirmə imtahanının qeyd edilən tarixdən etibarən həftə ərzində “Rəqəmsal bacarıqlar” platforması vasitəsilə onlayn formatda aparılması nəzərdə tutulub.

İmtahan müəllimlərin layihə üzrə səriştə və bacarıqlarının yoxlanılması, onlar üçün keçirilən təlimlərin effektivliyinin müəyyən edilməsi və təkmilləşdirmə üzrə əlavə dəstəyə ehtiyacı olan müəllimlərin aşkarlanması məqsədilə həyata keçiriləcək.

Layihədə iştirak edən müəllimlər öncədən qeyd olunacaq tarixdə öz hesablarına daxil olacaq və tədris ili ərzində öyrənilən mövzuları əhatə edən 50 sualı cavablandıracaqlar. Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izləniləcək və hesabatlılığın təmin edilməsi məqsədilə video qeydiyyat aparılacaq. Daha sonra imtahan nəticələri təhlil olunaraq elan ediləcək.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button