Cəmiyyət

Bakıda bir qrup insan şirkət rəhbərliyini dələduzluqda ittiham etdi

Altı Azərbaycan vətəndaşı Yasamal rayonu 27-ci Polis Bölməsinə müraciət edərək, “Smart Business Group” konsaltinq şirkətinin rəhbəri A.Əliyevin hiyləsinin qurbanı olduğunu bildirib.

Bununla bağlı Analoq.az-a hüquq-mühafizə orqanları tərəfindən məlumat verilib.

Zərərçəkənlərin sözlərinə görə, bu ilin iyununda A.Əliyev sərt karantin rejimi şərtlərində onların Türkiyə ərazisinə girişlərinə tətbiq edilən qadağanı ləğv edəcəyinə və bu ölkəyə uçmaqlarına köməklik göstərəcəyinə söz verib. Şikayətçilər bildirib ki, ümumilikdə şirkət rəhbəri onlardan 8 000 manat və 7 min ABŞ dolları götürüb. A.Əliyev vədlərinə əməl etməyib.

Hazırda polis bölməsində məlumatlar yoxlanılır. Faktla bağlı hələlik saxlanılan yoxdur.

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button