Gündəm

Putinin məşhur fransalı dostu onu TƏHQİR ETDİ

Daha az vergi ödəmək üçün 2013-cü ildə Fransanı tərk edərək, Rusiya vətəndaşlığı alan məşhur fransız aktyor Jerar Depardye prezident Vladimir Putini təhqir edib.Analoq.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Jerar Depardye Ukraynadakı müharibəyə görə Putini sərt şəkildə tənqid edərək deyib: “Rusiya xalqı axmaq və qəbulolunmaz dərəcədə həddini aşan Putin kimilərinə görə cavabdeh deyil”.

Aktyor onu da bildirib ki, Parisdə 3 gün ərzində verəcəyi konsertdən əldə etdiyi vəsaiti Ukrayna vətəndaşlarına yardım üçün ayıracaq…

Xatırladaq ki, Jerar Depardye 2013-cü ildə Rusiya pasportunu Qara dəniz sahilindəki Soçi kurortunda şəxsən prezident Putindən almışdı. Həmin vaxt aktyor və prezident bir-birinin əlini sıxıb qucaqlaşmış, Depardye Putini özünün ən yaxşı dostu, Rusiyanı isə böyük demokratiya ölkəsi kimi xarakterizə etmişdi.

2015-ci ildə Rusiyanın Krımı işğal etməsini dəstəklədiyinə görə Ukrayna aktyorun bu ölkəyə girişinə 5 il qadağa qoyub. Buna baxmayaraq, aktyor bu ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsini pisləyib və danışıqlara çağırıb.

Kreml fransalı aktyor Jerar Depardyenin Rusiya prezidenti Vladimir Putin haqqında dediklərinə reaksiya verib.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, aktyor yəqin ki, Ukraynadakı vəziyyəti tam başa düşməyib və ona bunu izah etməyi təklif edib/modern.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button