AktualBannerElm və təhsil

106 saylı məktəbdə Milli Qəhrəmana hörmətsizlik -FOTOFAKT


Bu gün Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalındı.

“Son zəng” tədbirlərində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar da daxil olmaqla maraqlı proqram nümayiş etdirib. On birincilərə yeni həyatın başlanğıcında uğurlar arzu olunub.

Analoq.az-ın elektron ünvanına göndərilən bir şəkil necə deyərlər bizi bu məqaləni hazırlamağa vadar etdi . Şəkilin məzmunu ondan ibarətdir ki, Qaradağ rayonunda yerləşən 106 saylı orta məktəb 1-ci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan milli qəhrəman Səxavət Məhərrəmovun adını daşıyır.

106 saylı məktəbin direktoru Təranə Qasımovanın nəzərinə yetirməyi özümüzə borc bilirik ki, Səxavət Məhərrəmov 1992 -ci ildə 27 iyun tarixində 1-ci Qarabağ savaşında döyüşlərdə iştirak edərək 18 yaşında qəhrəmancasına şəhid olub.

Ölümündən bir neçə ay sonra Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
https://az.m.wikipedia.org/wiki/S%C9%99xav%C9%99t_M%C9%99h%C9%99rr%C9%99mov

Lakin məktəb direktorunun görünür indiyənə qədər direktoru olduğu məktəbin kimin adını daşıdığından xəbəri yoxdur. Güman edirik ki, məktəbin foyesində qoyulan büstlə dəfələrlə üzbəüz gəlib. Amma nədənsə bu gün məktəbdə keçirilən tədbirdə şagirdlərə paylanılan diploma Milli Qəhrəman sözlərini yazmağı unudub. Şəhidin adını isə sadəcə Səxavət Məmmədov kimi qeyd edib.

Hörmətli Təranə xanım, çox yaxşı bilirsiniz ki, şəhidlik hər adama qismət olmur. On səkkiz yaşında şəhid olan Səxavət Məhərrəmov da həyata gözlərini bizim üçün yumub. Bu gün onun soyadını şagirdlərə düz çatdırmamaq, diploma Milli Qəhrəman sözünü qeyd etməməkdə məqsədiniz nədir? Axı Milli Qəhrəman adı ona ölkə başçısı tərəfindən verilib.

Analoq.az-a müraciət edən “Qaraçanta” kənd birliyinin rəhbəri Fəqan Aftandiloğlu məlum fotoyla bağlı ciddi etirazını bildirdi. Qarşı tərəfin mövqeyini öyrənmək üçün məktəblə əlaqə saxlasaq da zənglərimizə cavab verən olmadı. Görünür direktor və məktəbin əməkdaşları məktəbdə tədbir bitəndən sonra özlərinə istirahət veriblər. İş vaxtından tez evə getməyi üstün biliblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 3.7]

Back to top button