Dünya
Şimali Koreya növbəti nüvə sınağını keçirəcək
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın nüvə sınağı keçirəcəyi ehtimalını təsdiqləyib
Bu barədə Cənubi Koreya parlamentinin deputatı Yon Qon Yon Milli Kəşfiyyat Xidmətinin qapalı brifinqindən çıxışında jurnalistlərə məlumat verib.
Bunun 7-ci nüvə sınağı olacağı bildirilir. Məlumata görə, sınaqlar oktyabrın 16-sı ilə noyabrın 7-si aralığında keçirilə bilər. Çünki oktyabrın 16-da Çin Kommunist Partiyasının XX Qurultayı, noyabrın 7-də isə ABŞ-da aralıq seçkilər keçiriləcək.
Xatırladaq ki, ABŞ və Cənubi Koreya hakimiyyəti bir neçə aydır KXDR-in növbəti nüvə sınağına hazırlaşdığını iddia edir.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]