Son dəqiqə

“İlqar Abbasovun ölkədə rüşvətxorluq və korrupsiya ilə bağlı həbs olunmuş İcra başçılarından xəbəri varmı?”-DEPUTAT

Bildiyiniz kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilən səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərə qarşı mübarizədə tədbirlərin icrasını davam etdirir.

Analoq.az xəbər verir ki, dünən həyata keçirilən istintaq tədbirləri çərçivəsində Abşeron rayon və Şirvan şəhər İcra Hakimiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunub. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə də vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həbs edilib.Məsələ ilə bağlı deputat, tanınmış təhsil eksperti Etibar Əliyev öz feysbuk hesabında maraqlı status payıaşıb edib.Deputatın statusunu təqdim edirik:

“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun İdarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

Görəsən Şirvan rayon İcra hakimiyyətinin Başçısı İlqar Abbasovun bundan xəbəri olubmu? Yaxud İlqar Abbasovun ölkədə rüşvətxorluq və korrupsiya ilə bağlı həbs olunmuş İcra başçılarından xəbəri varmı?”tia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button