Dünya

ABŞ Hərbi Dəniz Qüvvələri aviasiya uçuşlarını dayandırıb

ABŞ Hərbi Dəniz Qüvvələri son qəzalarla əlaqədar vəziyyəti qiymətləndirmək üçün iyunun 13-də aviasiya əməliyyatlarını dayandırmaq qərarına gəlib.

Bu barədə Hərbi Dəniz Qüvvələrinin hava komandanlığının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Eyni zamanda dislokasiya olunmuş bölmələr ən qısa zamanda uçuşları dayandıracaq.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü CBS telekanalına bildirib ki, Kaliforniyada tiltrotorun qəzaya uğraması nəticəsində dörd dəniz piyadası həlak olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button