Dünya

Koreya yarımadasında gərginlik: raketlər atıldı

Koreya yarımadasında gərginlik səngimir. Şimali Koreya növbəti dəfə raket sınağı həyata keçirib.

“Rönhap” agentliyinin məlumatına görə, 3 ballistik raket atılıb. Onlardan biri – uzaqmənzilli raket Sakit okeana, Yaponiyadan təxminən 1100 km şərqə düşüb. Raket buraxılışları ilə əlaqədar Yaponiya hökuməti ölkənin mərkəzi hissəsində yaşayan sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Xatırladaq ki, noyabrın 2-də Pxenyan Yapon dənizi istiqamətində 23 raket buraxıb. Onlardan biri faktiki dəniz sərhədini keçərək Cənubi Koreyanın ərazi suları yaxınlığında düşüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button