Dünya

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynadakı mövcud durumla bağlı vətəndaşlara müraciət edib.

Bildirilib ki, təxliyə dalğası zamanı Ukraynada qalmağa, yaxud təxliyə olunduqdan sonra geri qayıtmağa üstünlük vermiş vətəndaşlarımız olduqları yer üzrə hava həyəcanı xəbərdarlığı zamanı diqqətli olmalıdırlar. Həmçinin, sığınacaqda və ya nisbətən təhlükəsiz yerdə qalmalı, dövlət orqanlarının tələblərinə və tövsiyələrinə riayət etməli, səyahət sənədlərini qaydaya salmalıdırlar. Səfirlik Ukraynaya gəlməyi planlaşdıran vətəndaşlarımızdan isə fövqəladə ciddi səbəb olmadığı halda səfəri daha münasib zamana təxirə salmağı təkrar xahiş edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button