Dünya

Lavrov Mirzoyanla Azərbaycanla normallaşma prosesini müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, martın 5-də baş tutan telefon danışığı zamanı ümumi inteqrasiya birlikləri çərçivəsində iki ölkə arasında qarşılıqlı fəaliyyət müzakirə olunub.

“Nazirlər ikitərəfli və regional gündəliyin cari məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini, eləcə də ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər”, – deyə Rusiya XİN-nin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button