Dünya

Quterreş Brüsseldə Ursula Fon der Lyayenlə görüşəcək

BMT-nin baş katibi Antonio Quterreş Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenlə görüşəcək.APA-nın məlumatına görə, bu barədə brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.

“Baş katib bu axşam Brüsselə gedəcək və orada Avropa liderləri ilə görüşəcək. Sabah onun Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen tərəfindən təşkil olunmuş işçi naharı planlaşdırılıb”.

Haq əlavə edib ki, Quterreş Avropa Şurasının rəhbəri Şarl Mişel, Avropa Parlamentinin sədri Roberta Metsola və Aİ ölkələrinin liderləri ilə də görüşməyi planlaşdırır.

Avropa İttifaqının dövlət və hökumət başçıları martın 21-22-də keçiriləcək sammitdə digər məsələlərlə yanaşı, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya dəstək məqsədilə istifadə edilməsi məsələsini də müzakirə etmək niyyətindədirlər.

Ukrayna Prezidenti Vladimir Zelenskinin sammitdə videobağlantı vasitəsiləm iştirakı gözlənilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button