Dünya

Yaponiyada 550 aviareys ləğv edilib

Yaponiyada dünəndən etibarən “Nanmadol” Tayfunu səbəbilə 550 reys ləğv edilib, 4 milyon insan təxliyəyə çağırılıb. 58 min evdə isə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranıb.

Yaponiyanın Okinava və Kaqoşima əyalətləri başda olmaqla ölkənin bir çox bölgəsinə güclü külək və yağış gətirən tayfun səbəbilə evlərə və iş yerlərinə ziyan dəydiyi açıqlanıb. “Nanmadol” tayfunu nəqliyyatı yararsız hala salıb, hava və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib.

Digər tərəfdən, sərt hava şəraiti səbəbindən ölkə daxilində ən azı 550 reys ləğv edilib. Yaponiya Meteorologiya Agentliyi (JMA) riskli ərazilərdə yaşayan sakinləri şiddətli fırtına, yağıntı, torpaq sürüşməsi və daşqın risklərinə qarşı xəbərdar etməklə yanaşı, onları mümkün evakuasiya əmrlərinə hazır olmağa çağırıb.

Qeyd edək ki, mütəxəssislər çox zərurət olmadıqca çölə çıxmamaq barədə xəbərdarlıq ediblər. “Nanmadol” qasırğasının təsirini bir müddət davam etdirəcəyi gözlənilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button