Siyasət

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru Cənubi Qafqaza səfər edəcək

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-dək Cənubi Qafqaz ölkələrində səfərdə olacaq. Bu barədə Ermənistan KİV-i Avropa İttifaqının İrəvandakı nümayəndəliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Baş direktor aprelin 30-da Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək.

“Səfərin məqsədi ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək, həmçinin yeni təşəbbüslərlə çıxış etməkdir”, – nümayəndəlikdən bildirilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button