Dünya
Senator etirazçı qadınlar tərəfindən döyüldü
ABŞ-ın Viskonsin ştatında, Medisonda iki qadın etiraz aksiyasını videoya çəkən senatoru döyüblər.
Analoq.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, həmin qadınlar artıq həbs olunublar.
Bildirilib ki, hadisə “Black Lives Matter” hərəkatının nümayəndələri qaradərili şəxsin həbs olunmasına qarşı etiraz aksiyası keçirərkən baş verib.
Demokrat Partiyasının senatoru Tim Karpenter 26 yaşlı Samanta Hayer və 33 yaşlı Kerida Oreylinin hücumuna məruz qalıb.
Demokratın sözlərinə görə, hücum edənlərdən biri smartfonu onun əlindən alıb, sonra isə başından yumruqla vurub. O, yerə yıxıldıqda isə 8-10 nəfər senatoru təpikləməyə başlayıblar.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]