Manşet

“Ən qısa zamanda pandemiya bitəcək!” – Tanınmış həkim

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyevin Facebook sosial şəbəkəsində yazdığı status böyük rezonans yaradıb. Analoq.az həmin statusu təqdim edir :

Təəssüflər olsun ki, yenə hamı panikadadır! Əziz dostlar! Dəfələrlə müxtəlif müsahibələrdə demişəm, yenə deyirəm! Yoluxma sayı önəmli deyil! Rəqəmlər sizi qorxutmasın! Önəmli olan yoluxma sayı deyil, ağırlaşma sayıdır! Mən aktiv həkim işləyirəm, hər gün boğazı qıcıqlanan, öskürən, qızdırması olan xəstələr müayinə edirəm və real olaraq görürəm ki, son mutasiyalarda ağırlaşma sayı azdır!

Demirəm arxayın düşün, demirəm qorunmayın, əlbəttə bunları edin, amma qorxmayın! Koronavirus getdikcə zəifləyir, ən qısa zamanda pandemiya bitəcək! Əmin olun! Qorxmayın! Hamı deyir ki, vayy bu gün 7000 yoluxma olub! Ay qardaş nə olsun? Hər il dünyada 1 milyard insan qrip virusuna yoluxur, bəyəm qripə görə karantin edilir? Absurddur! Ağırlaşanlar müvafiq müalicə almalıdır! Yüngül xəstələr tezliklə sağalacaq! Qorxmayın! O2 Saturasiyası 95-dən çoxsa heç qorxmayın! Sağlam olun

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button