Manşet

Erkən və qohum nikahlara qarşı təşəbbüslər artır – LAYİHƏ

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Erkən və qohumlar arasında nikahların qarşısının alınması istiqamətində təşəbbüslər” adlı tədbirlərin təşkili layihəsini həyata keçirir.

Təşkilatdan Analoq.az -a veriən məlumata görə, layihə 3 ay müddətində Masallı, Astara və Şamaxı rayonlarında həyata keçiriləcək layihənin məqsədi regionlarda erkən və qohumlar arasında nikah problemlərinin ictimailəşdirilməsi və bu problemlə bağlı Azərbaycan qanunvericiliyinin təbliği və işləmə mexanizmlərinin tapılmasıdır.

Eyni zamanda, müxtəlif strukturların problemin həlli istiqamətində birgə fəaliyyətilərinin tənzimlənməsi vasitəsilə bu problemlərin aradan qaldırılmasına kömək etmək də layihənin məqsədidir.

Layihə çərçivəsində görüləcək qeyd olunan rayonlarda dəyirmi masalar təşkil olunacaq, aşağıdakı mövzular ətrafında müzakirələr aparılacaq:

1. Erkən nikahlar-günümüzün aktual problemi

2. Erkən nikahların fəəsadları.

3.Yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin… və problem

4. Qohumlar arasında nikahların fəsadları.

Təşkilatdan bildiriblər ki, tədbirlərdə yerli icra hakimiyyəti, bələdiyyə və icma nümayəndələri, gənclər, rayonlarda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri və KİV nümayəndələrinin iştirakı təmin ediləcəkdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button