Manşet

“Tanınmayan şəxs” – Müəllim , mühəndis , ədəbiyyat vurğunu – Günay Seyidli

Deyirlər ki, insan hərdən göründüyü kimi olmur. Bilmirəm ki, nədən bu məsələ bəzən olduğu kimi görünməyənlərə irad mənasında işlədilir. Elə məqam olur ki, adam olduğu kimi görünməyə bilir.
Deyirlər ki, həyat bir səhnədir, insanları isə onun aktyorları. Məgər aktyorlar səhnədə həyatdakı kimi görünə bilərlərmi?

Yox!..

…Mətləbdən uzaq düşməyək. Elə sənət, peşə adamları var ki, onların daxili aləmləri heç də sevib-seçdikləri peşəsi ilə açılmaya bilir. Məsələn, həkim, mühəndis, bənna, sürücünün kamil qələm, söz adamı olduğunu haradan biləsən ki? Gərək, bunun üçün onu yaxından tanıyasan. Demək, elə istedad, qabiliyyət sahibləri var ki, onlar yalnız işləri, daşıdıqları vəzifə, yaxud sevib-seçdikləri peşənin vurğunları və peşəkarları kimi tanınırlar.

Belələri, nə yaxşı ki, məmləkətimizin hər yerindədir. Gəncədə də belə kamillik zirvəsini fəth etmişlər tarixən olub və bu gün də var.

Bu fikirlə söhbətimizə ona görə körpü saldıq ki , təqdim edəcəyimiz şəxs də həyatını qədim Gncəyə bağlayıb. Həyat üzərində qələbə qazanıb, var-dövlət sahibi olub. Var-dövləti haqqında da irəliləyən dəqiqələrdə geniş danışacağıq.

Qonağımız əslən Naxçıvanın Şərur rayonundan olsa da, Gəncə ona qollarını geniş açıb. Burada orta məktəbi bitirib, ali təhsilinə Şeyx Nizaminin göz açdığı ulu məkanda yiyələnib. Bu gözəl yurdda da torpaqşünslıq ixtisasının sirlərini oyrənib .
Torpaqşünaslıq ixtisasını seçməkdə də, görünür, talenin bir qisməti var. Bu el-obaya bağlılıq məhz onu bu ixtisası seçməyə gətirib çıxarıb.

Aqrokimya üzrə fəlsəfə elmləri doktoru olan dəyərli alim dostumuz işini, peşəsini çox sevir. Gəncədə qazandığı var-dövləti isə iki igid oğludur. Hər iki övladı tərbiyəli , elmli-helmlidir. Düşünürəm ki, valideynin bir ömür boyu yiğdığı sərvət onun övladlarıdır.

Həftənin beş günü ala-qaranlıqda yuxudan oyanan, Gəncədən Daşkəsənə gedib özəl bir şirkətdə kimyaçı-mühəndis kimi fəaliyyət göstərən dəyərli dostumuz uzun illər həm də müəllimlik peşəsində çalışıb:ali məktəb auditoriyasında gələcək nəsillərimizin daşıyıcıları olan tələbələrə dərs deyib.

Bütün bunlardan sonra onu da deməliyəm ki, kimyaçı-alim həm də ədəbiyyat, şeir-sənət vurğunudur.

Bir sözlə, həmsöhbətimiz çox maraqlı adamdır. Pozitiv və səmimi olan dəyərli dostumuzu Bakıya dəvət etdik. Sözümüzü yerə salmayıb, Bakıda qonağımız oldu. Kamera qarşısında nə danışdı, necə danışdı, onu indi siz də görəcəksiniz.

Düşünüruk ki , bizə sərf edəcəyiniz zaman kəsimində dəyərli bir dostumuzu , kimyaçı-alimimizi, daha bir mühəndisimizi, ən əsas da, şeir-sənət adamını, sözün əsl mənasında, ədəbiyyat vurğununu tanımış olacaqsınız.

“Analoq.az” ın təqdimatında yayımlanan “Tanınmayan şəxs ” verilişinin növbəti qonağını aşağıdakı link vasitəsilə tanıya bilərsiniz.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button