Ölkə

Qırğızıstan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin şimal-qərbində yerləşən Bursa şəhərinə işgüzar səfərə gedib.Bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səfər çərçivəsində S.Japarov sentyabrın 29-da İznik şəhərində start götürən IV Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Oyunlarda 102 ölkədən 3000-dən çox idmançı qüvvəsini sınayacaq.

IV Dünya Köçəri Oyunlarının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button