Gündəm

Qasım Suleymaninin Kordşehrdə və Takestanda yanan heykəlləri – FOTOLAR (VİDEO)

Xəbər verdiyimiz kimi, İranda əxlaq polisi tərəfindən saxlanılan gənc qızın ölməsindən sonra ölkə boyu etiraz aksiyaları başlayıb. Ötən gün etirazçılar ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyin şəkli olan 6 metrlik baneri parçalayıb.Daha dəqiq: gənclər şəhərin mərkəzi meydanlarından birində Xameneyin böyük reklam lövhəsini tamamilə cırıblar.Adalet.az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, İranın Takestan şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının öldürülmüş komandanı, general Qasim Süleymaninin heykəli yandırılıb.Gənclər İranın ali lideri Əli Xameneyinin əleyhinə şüarlar səsləndirdikdən sonra Qasim Süleymaninin heykəlinə od vurublar.

Qeyd edək ki, bu ilin martın 30-da Qum şəhərinin “Mərcəiyyət” küçəsində Ruhullah Xomeyninin heykəli yandırılmışdı. Eyni zamanda İranın Kordşəhr bölgəsində də hökumət rəsmiləri SEPAH generalı Qasım Suleymaninin heykəlini ucaltmışdılar . Bu ilin yanvarında şəhərin gənc fəalları heykələ od vuraraq onu yandırmışdılar.

(İranın Qum şəhərində Xomeyninin heykəli 2022- mart )


Əntiqə Rəşid
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button