Gündəm
“Xatirə parkı”ndakı 6 sərv tingi kökündən çıxarılıb
Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Polis Şöbəsinə göndərilib
Ağcabədi rayonunda “Xatirə parkı” adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Analoq.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən parka keçirilən baxış zamanı 6 sərv tinginin kökündən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub: “Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Polis Şöbəsinə göndərilib”.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]