Gündəm

Qazlaşdırılmayan sakinlər meşələrə divan tutur?

900-ə yaxın yaşayış məntəqəsinin bir qisminin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsizdir

Ölkə ərazisində qazlaşdırılmayan yaşayış məntəqələri də mövcuddur. Bu, təxminən 900-ə yaxın yaşayış məntəqəsidir. Onların bir qisminin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsizdir. Yeni yaşayış massivləri mövcuddur ki, bunların da qazlaşdırılması “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına mərhələli şəkildə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərov bildirib.
Bu il 110 yaşayış massivinin qazlaşdırılmasının nəzərdə tutulduğunu söyləyən şöbə rəisi deyib: “Bu, hər il olduğu kimi artım dinamikası ilə həyata keçirilir. Son 10 ildə 1675 yaşayış məntəqəsi qazlaşdırılıb. Ölkə ərazisində əhali üzrə qazlaşdırmanın səviyyəsi isə 96,3 faiz təşkil edir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button