İdman

Paralimpiyaçılarımız Dünya çempionatında

Paralimpiyaçılarımız qış idman növləri üzrə Dünya çempionatında iştirak edirlər.

Azərbaycan Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə və Daşqın Abbasov yanvarın 9-dan 23-dək Norveçin Lillehammer şəhərində keçiriləcək Dünya çempionatına qatılıblar. Baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında iştirak edən idmançılarımız kross-kantri və dağ xizəyi idman növündə yarışacaqlar. Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yarış “Pekin-2022” Qış Paralimpiya Oyunlarında iştirak üçün lisenziya xalı qazandırır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button