İqtisadiyyatManşet

Azərbaycanda “Omikron” virsunun tapılması real sektorda qapanmalar yaratmamalıdır

Vüqar Bayramov: "İqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantın tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil"

Azərbaycanda “Omikron” virsunun tapılması yenidən real sektorda qapanmalara gətirib çıxara bilərmi? Qeyd edək ki, bir müddət öncə koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olmuşdu. Hətta o zaman dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də sonradan qlobal bazalarda bu təsirlər uzun müddətli olmadı və geniş miqyaslı qapanma qərarları verilmədi. Qlobal iqtisadiyyat da artıq fərqli növ virusların “kəşfinə” adaptasiya olub və “iqtisadi immunitet” yaranıb.
Analoq.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov özünün rəsmi Facebook səhifəsində qeyd edib: Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, epidemioloji vəziyyətdən asılı olaraq qərarlar verilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər. Buna görə də, iqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantın tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil”.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button