Ölkə

Millət vəkili Yubiley medalı ilə təltif edildi – FOTO

Millət vəkili Milli Məclisin Gənclər və idman komitəsi, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü Etibar Əliyev Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi(1923-2023)” Yubiley medalı ilə təltif olunub. Bu barədə millət vəkili özü sosial şəbəkədə paylaşım edib.

Deputat həmçinin qeyd edib ki , Heydər Əliyevin 100 illiyi(1923-2023)” yubiley medalı ilə təltif olunanların hər birinin bioqrafiyasında yeni səhifə açıldı. Unudulmaz Heydər Əliyevin adına olan nə varsa, hamısı dəyərdir.

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın rəhbəri olduğu illərdə minlərlə şəxsi Orden və Medallarla təltif edib.

Bizim onun adını daşıyan medalla təltif olunmağmız qürurvericidir.

Analoq.az dəyərli ziyalımızı təbrik edir , ona can sağlığı , fəaliyyətində uğurlar arzu edirik .

 

 

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button