BannerÖlkəRegionŞikayət

Xaçmaz məktəblərindəki 8 mart rəzaləti – “Cənab nazir bəlkə bir selfi çəkəsiz?”

Son günlər Xaçmaz təhsilini cənginə alan 8 mart “marafon”larının ardı arası kəsilmir.Rayonun demək olarki bütün təhsil müəssisələrində bu gün münasibəti ilə pul toplama marafonlarına start verilib.

Marafonlar hər məktəb üçün müxtəlif məbləğləri əhatə edir.Məsələn şəhər məktəblərində hər şagirddən bunun üçün 10-20 manat arasında pul yığılır.Yığılan vəsaitlər məktəblərdə qadın müəllimlər arasında bölüşdürülür.
Bütün rayon məktəblərini cənginə alan bu kompaniyalar elə təşkil edilibki, guya bunu şagirdlər özləri öz istəyi və arzusu ilə həyata keçirir.

Amma redaksiyamıza verilən məlumatda qeyd edilirki bu məs elə məktəb direktorları tərəfindən aparılır.

Təklif edirik cənab təhsil naziri Emin Əmrullayev bu marafonları keçirən və təşkil edən pedaqoqlarla bir selfi çəkdirsin…

Hələ məqbul hesab edərsə bu vəsaitlərin perespektivli sərfiyyatı barədə də tövsüyyə versin.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq/yenigundem

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button