Ölkə

Prokurorluq əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyasında iştirak etdi

Aprelin 30-da prokurorluq əməkdaşları tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.

Ekoloji mühitin və yaşıllıqların mühafizəsi ilə əlaqədar paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində təşkil edilən aksiyanın əsas məqsədi ağac əkininin təşviqinə, Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılmasına, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsinə diqqət cəlb etməkdir.

Prokurorluq əməkdaşlarının keçirdiyi ağacəkmə aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi yaxından dəstək göstərmişdir.

Tədbirdə 1000-ə yaxın şam və zeytun ağacları əkilmiş, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button