Siyasət

“Ermənistan ona uzadılan sülh əlini fürsət bilməlidir” – Ərdoğanın sədrliyi ilə iclas

“Ermənistanın ona uzadılan sülh əlini fürsət bilməsi, atəşkəs rejiminə tam əməl etməsi vacibdir”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasının yekun açıqlamasında deyilir.

Bildirilir ki, Türkiyə qonşular arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıdır.

3 saatadək davam edən Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazla yanaşı, Balkan ölkələri, Egey, Qara dəniz, Aralıq dənizi, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər müzakirə olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button