Siyasət

Bolqarıstan xəbər agentliyində ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Məqalədə Ulu öndərin vəsiyyətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirildiyi qeyd olunur

Bolqarıstan xəbər agentliyində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc olunub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsinin hər zaman Azərbaycan xalqı tərəfindən hörmət və ehtiramla yad edildiyi bildirilir, Ümummilli Liderin vəsiyyətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirildiyi qeyd olunur.
Məqalədə Ümummilli Liderin tarixi missiyasına diqqət yetirilərək Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə böhranın, qeyri-sabitliyin cilovlandığını, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildiyi qeyd olunur. Əlavə olunur ki, tarixi şəxsiyyətin parlaq siyasi zəkası sayəsində Azərbaycan iki əsrin qovuşuğunda öz milli-mənəvi və dövlətçilik dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb. Azərbaycan həm bölgədə, həm də dünyada layiqli yer qazanıb.
Vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan biri-birindən əhəmiyyətli uğurlar qazanıb, təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olaraq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Qeyd olunanlar xüsusunda, Vətən müharibəsi nəticəsində ötən il Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin və tarixi torpaqlarının Ermənistanın işğalından azad olunması da vurğulanır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button