Ölkə

DİN: “Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı hadisə baş verməyib”

“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib.Analoq.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Hörmətli xəbər-informasiya adminləri, sosial şəbəkə seqmentlərində yayılan hər informasiya doğru deyil. Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuatı xidməti 7/24 rejimdə fəaliyyət göstərir.

“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları – yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar.

Bütün məzunları bu gün münasibətilə təbrik edirik, onlara təhlükəsiz həyat arzulayırıq”, – E.Hacıyev qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button