Ölkə
Ağdərədə qumbaraatan və pulemyot aşkarlanıb
Polis əməkdaşları Ağdərədə qumbaraatan və pulemyot aşkarlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdərə rayonunun Çiləbürt kəndi ərazisindən 2 qumbaraatan və pulemyot silahının hissələri aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]