Manşet

Putin – “Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb. Bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Ticarət dövriyyəsi artır, hökumətlərarası komissiyanın işi fəal şəkildə inkişaf edir. Şübhəsiz ki, biz regionda təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vəziyyətlə bağlı müzakirələr aparacağıq. Burada çoxsaylı suallar var və onlar çox həssas məsələlərdir”, – o bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button