ÖlkəRegionŞikayət

Jurnalist icra başçısına səsləndi: “Prezident səni təyin etməyib ki,sökəsən, yeyəsən dağıdasan”

Aztimes.az saytının baş redaktoru , tanınmış jurnalist vətən savaşında Suqovuşan ərazisində qəhrəmancasına iştirak edib sağ ayağından yaralanan Ucar rayon sakini Elgün Fərəcovun yaşadığı evdən reportaj hazırlayıb.

Jurnalist reportajda Ucar rayon icra başçısı Mənsur Məmmədovun vətən savaşının qazisinin laqeyidliyini dilə gətirib.

Pərvin Abışova video müraciətində Ucar rayon icra başçısına səslənərək bildirib ki,bu Ucar camaatı sənin camaatındı.Prezident səni bura təyin edib ki, sən bu camaata sahib çıxasan,camaatın arxasında durasan. Sən bu əhali ilə maraqlanasan. Səni bura təyin eləməyib ki, elə sökəsən, dağıdasan. Azərbaycan torpaqları uğrunda öz sağlamlığını itirib gəlmiş qazidir,niyə maraqlanmırsan?

Analoq.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button