BannerŞikayət

Müştəri məmnunluğu, yoxsa məyusluğu? – Soliton-dan şikayət var- ŞOK SƏS YAZISI

Vətəndaş məmnunluğu bu dəfə vətəndaş məyusluğuna çevrildi. Soliton mağazasından müxtəlif vaxtlarda müxtəlif əşyalar almış müştəri şikayət etməyə məcbur olub. Belə ki, o, bütün ödənişlərini etsə də, sadəcə son bir ayın gecikməsinə görə, aldığı bütün əşyaların, telefon və planşetlərin fəaliyyəti dayandırılıb.

Rastlaşdığı problemlərlə bağlı məhkəməyə müraciət etmək qərarına gələn vətəndaş əvvəlcə bizə danışdı. Qeyd edək ki, şikayətçi kimi bizə danışan vətəndaş yint.az saytının təsisçisi və baş redaktorudur.

Analoq.az-a danışan vətəndaş Vüqar Asif oğlu İsmayılov deyib ki, digər əşyaların pulunu vaxtlı- vaxtında ödəyirmiş. O sadəcə son ayın ödənişində gecikmə olduğunu bildirib və faktla bağlı məhkəməyə müraciət edəcəyini vurğulayıb.
Vətəndaş sual edir ki, əgər əşyaların kredit müqaviləsində göstərilən dəyər artıqlaması ilə, yəni faizi ilə birlikdə ödənilibsə, həmin malın dondurularaq fəaliyyətinin dayandırılması nə dərəcədə düzgündür?! Həm də həmin əşyalar müştəri tərəfindən alınıb hədiyyə şəklində verilibsə. (?!)


Bunun maddi zərəri qədər mənəvi zərərinin də olduğunu bildirən müştəri, şikayətinin davamında deyib ki, əgər mən bu günə qədər Soliton şirkətini incitmişdimsə, bu qədər malı ayrı-ayrı vaxtlarda mənə necə vermişdilər?

“Ödənişlər gecikdirildiyi halda əvvəlcə müştəri ilə əlaqə saxlanmalıdır. Müştəri “Yox, ödəmirəm!” desə və ödənişi 2 aydan cox gecikdirsə belə, müqavilə müddətinin bitdiyi, eyni zamanda kredit həcmi tam ödənilmiş əşyalara “əl qoymaq” Solitonun deyil, dövlətimizin ali orqanlarından biri olan məhkəmənin səlahiyyətinə aid deyilmi?”, – deyə Vüqar İsmayılov bildirib.

Şikayətçi vətəndaş, sayt rəhbəri V.İsmayılov sonda qarşılaşdığı problemlə əlaqədar hər kəsə və dövlətimizin ali orqanlarına üz tutaraq müraciiət edib: “Xahiş edirəm ki, mənə dəymiş maddi və mənəvi ziyanın Soliton mağazalar şəbəkəsi tərəfindən ödənilərək, geri qaytarılmasına kömək edəsiniz!”

Xatırladaq ki, yuxarıda adı çəkilən vətəndaşın şikayətləri ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq. Hörmətli Soliton mağazalar şəbəkəsi, daimi müştəriniz Vüqar İsmayılova görə, siz ona qarşı hörmətsizlik, haqsızlıq etmisiniz.

Əgər müştəriniz haqlıdırsa, inanırıq ki, onun üzləşdiyi haqsızlıq tezliklə aradan qalxacaq və müştəri məmnunluğu qaldığı yerdən davam edəcək. Yox, əgər, siz düşünürsünüzsə ki, müştəri yalnışdır, o zaman dərc etməyimiz üçün tərəfinizdən tutarlı və detallı açıqlama gözləyirik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 5]

Back to top button