Siyasət

ABŞ Dövlət katibi Rusiyanı işğalçı adlandırdı

ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinkendən sitat paylaşılıb.

Analoq.az xəbər verir ki, Blinken sözügedən fikirləri dünən Almaniyanın xarici işlər naziri Annalena Baerbokla birgə keçirdiyi brifinqdə səsləndirib.

Belə ki, Blinkenə Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı son vaxtlar artan təminat tələbləri və yanvarın 10-na planlaşdırılan ABŞ-Rusiya təhlükəsizlik danışıqlarından gözləntiləri barədə sual verilib.

Blinken isə qeyd edib ki, regionda qeyri-sabitliyin mənbəyi NATO deyil, Rusiyadır.

“Bəli, Rusiya öz ictimai bəyanatlarında və irəli sürdüyü sənədlərdə Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri qaldırıb. Amma gəlin bunu çox açıq deyək: “NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”, – deyə dövlət katibi Blinken bildirib.

O əlavə edib ki, ABŞ Rusiyanın narahatlığını dinləməyə hazırdır, lakin Vaşinqtonun da öz narahatlıqları var, Moskva da onlara qulaq asmalıdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button