Siyasət

SON DƏQİQƏ -Bakını bombalamaq lazımdır deyən deputat üzr istədi – VİDEO

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycanla bağlı verdiyi bəyanatlara görə üzr istəyib.Analoq.az xəbər verir ki, o, bu barədə “Qovorit Moskva” radiosuna açıqlamasında bildirib: “Mən həm Rusiyada, həm Azərbaycanda, həm Ermənistanda, həm də başqa ölkələrdə yaşayan və dediklərimdən qorxan, inciyən və özünü təhqir olunmuş hesab edən hər kəsdən üzr istəyirəm.

Bununla belə, mən öz reputasiyamı qurban verməklə Azərbaycan xalqına böyük fayda gətirdiyimə inanıram.”

Qeyd edək ki, Delyagin “Rossiya 1” telekanalının efirində yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan ordusunun Xocalı rayonunun Fərrux kəndində yerləşməsi xəbərinə sərt reaksiya verib və Azərbaycanın neft sənayesinin bombalanmasını məsləhət görüb/Bizim.Media

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button