Siyasət

Mirzoyan Çavuşoğluna başsağlığı verdi

Ermənistanın XİN başçısı Ararat Mirzoyan İstanbulda baş vermiş terror hadisəsi ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib. Bu barədə Mirzoyan tviterdə yazıb.

“İstanbulda baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, – o, bildirib

Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıblar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button