Siyasət

NATO baş katibi Bakıda üç mühüm görüş KEÇİRƏCƏK

NATO-nun baş katibi Yens Stoltenberq sabah – martın 17-də Azərbaycana səfər edəcək. Analoq.az xəbər verir ki, Yens Stoltenberqin Bakıda hansı görüşlərdə iştirak etdəcəyi məlum olub.

Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətindən bildirilib.

Stoltenberq martın 17-də Bakıda prezident İlham Əliyevlə, martın 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq.

Martın 18-də NATO-nun baş katibi Tbilisiyə yola düşəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək.

Martın 19-da Stoltenberq İrəvana səfər edəcək, orada prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.

Həmin gün NATO-nun baş katibi Ermənistanın baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edəcək.

NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri martın 17-19-nu əhattə edəcək.modern.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button